...

Narkotik və odlu silah gəzdirən şəxsin kafesində saxta pullar tapıldı

Hadisə Materials 12 Dekabr 2014 15:25 (UTC +04:00)
Narkotik vasitə və qanunsuz odlu silah gəzdirdiyinə görə tutulmuş şəxsin kafesində saxta əsginaslar aşkar edilib.
Narkotik və odlu silah gəzdirən şəxsin kafesində saxta pullar tapıldı

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir İlkin İzzət/

Narkotik vasitə və qanunsuz odlu silah gəzdirdiyinə görə tutulmuş şəxsin kafesində saxta əsginaslar aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsi əməkdaşları tərəfindən dekabrın 10-da narkotik vasitə və qanunsuz odlu silah gəzdirdiyinə görə tutulmuş Arif Adıgözəlovun işlədiyi kafeyə baxış keçirilib.

Baxış zamanı 40 ədəd 100 manatlıq, 900 ədəd 50 manatlıq, 136 ədəd 20 manatlıq və 13 ədəd 10 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti