Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlkin İzzət/
Şirvan şəhərində küçədə kişi meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Şirvan şəhərinin Nizami küçəsində üzərində zorakılıq əlamətləri görünməyən 30-35 yaşlı kişi meyiti tapılıb.
Şirvan ŞPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı meyitin L.İbrahimov küçəsində yaşayan Səfa Quliyev olması müəyyən edilib.
Faktla əlaqədar araşdırmalar aparılır.