...

İmişlidə keçmiş məhkum qətlə yetirildi

Hadisə Materials 6 Yanvar 2015 16:29 (UTC +04:00)
İmişli rayonunda qətl törətmiş şəxs tutulub.
İmişlidə keçmiş məhkum qətlə yetirildi

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir İlkin İzzət/

İmişli rayonunda qətl törətmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 5-də İmişli rayonunun Yalavac kəndində kənd sakini Atlıxan Zeynalov münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Emin Usubova bıçaqla xəsarət yetirib. Nəticədə E.Usubov hadisə yerində ölüb.

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zeynalov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti