...

Bakıda naməlum şəxslər sürücünün əlindən maşınını alıblar

Hadisə Materials 10 Yanvar 2015 14:07 (UTC +04:00)
Naməlum şəxslər Bakı sakinini hədələyərək maşını əlindən alıblar.
Bakıda naməlum şəxslər sürücünün əlindən maşınını alıblar

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Naməlum şəxslər Bakı sakinini hədələyərək maşını əlindən alıblar.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, yanvarın 10-da paytaxtın Binəqədi qəsəbəsinin ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Natiq İsayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qismində oturub Ələt qəsəbəsinə gedəcəklərini bildiriblər.

Ələt qəsəbəsinin ərazisində onlar N.İsayevi bıçaqla hədələyərək avtomobili ondan alaraq gediblər.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti