...

Keçmiş məhkumdan külli miqdarda heroin götürülüb

Hadisə Materials 14 Yanvar 2015 11:14 (UTC +04:00)
Bakıda keçmiş məhkumdan külli miqdarda narkotik vasitələr götürülüb.
Keçmiş məhkumdan külli miqdarda heroin götürülüb

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakıda keçmiş məhkumdan külli miqdarda narkotik vasitələr götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Narkotiklə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1957-ci il təvəllüdlü Rafiq İsrafil oğlu Ağayev tutulub. Saxlanılarkən ondan 655 qram heroin və dövriyyəsi məhdudlaşdırılan narkotik tərkibli 10 ədəd metadon dərman preparatı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti