...

"Qanlı göl"də iki balıqçı sudan çıxarılıb

Hadisə Materials 18 Yanvar 2015 22:58 (UTC +04:00)
Əməliyyat saat 20:50-də başa çatıb
"Qanlı göl"də iki balıqçı sudan çıxarılıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

"Qanlı göl"də iki balıqçı xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Qanlı göl" adlanan ərazidə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralıda nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində 2 balıqçı batmaq təhlükəsi ilə üzləşib.

Həmin şəxslər nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas edilib və aiddiyyatı üzrə təhvil veriliblər.

Əməliyyat saat 20:50-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti