Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/
Mingəçevir şəhəri ərazisində kimə məxsus olduğu bilinməyən silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mingəçevir şəhər Polis şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisində 1 ədəd "AKM" markalı avtomat, 1 ədəd ov tüfəngi, 2 ədəd patron darağı və 682 ədəd avtomat patronu tapılıb.
Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.