...

Bakı sakini İmişlidə özünü “ovladı”

Hadisə Materials 21 Yanvar 2015 13:26 (UTC +04:00)
Bakı şəhər sakini ov edərkən ehtiyatsızlığından tüfəngdən açdığı atəş nəticəsində ölüb.
Bakı sakini İmişlidə özünü “ovladı”

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakini ov edərkən ehtiyatsızlığından tüfəngdən açdığı atəş nəticəsində ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 20-də İmişli rayonunun Xubyarlı kəndində Bakı şəhər sakini Muğdad İsrafilov ov edərkən ehtiyatsızlığı nəticəsində tüfəngdən açdığı atəşlə özünə bud nahiyəsindən xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş M.İsrafilov orada ölüb.

İmişli RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan "İJ-43" markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti