Azərbaycan, Bakı, 22 yanvar /Trend/
Binəqədi rayonunda qidadan zəhərlənmə bir nəfərin həyatına son qoyub.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 20-də Binəqədi rayonunda yaşayan Mübariz Zülfüqarov qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 21-də orada ölüb. Araşdırma aparılır.