Azərbaycan, Bakı, 23 yanvar /Trend/
İrandan Azərbaycana narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Mehman İbrəhimovun üzərində şəxsi yoxlama nəticəsində ondan 6 ədəd bükümdə, ümumi xalis çəkisi 120,305 qram olan narkotik vasitə - tiryək aşkar olunub.