...

Gəncə Apelyasiya Məhkəməsinin hakimi qəza törətdi (FOTO)

Hadisə Materials 4 Fevral 2015 18:54 (UTC +04:00)
Gəncə Apelyasiya Məhkəməsinin hakimi qəza törədib.
Gəncə Apelyasiya Məhkəməsinin hakimi qəza törətdi (FOTO)

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Gəncə Apelyasiya Məhkəməsinin hakimi qəza törədib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, bu gün saat 16:00 radələrində Gəncə-Bakı avtomagistralının Nizami məqbərəsi yaxınlığında bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə Apelyasiya Məhkəməsinin hakimi Azər Bayramov idarə etdiyi "Volkswagen Touareg" markalı avtomobillə hərəkətdə olarkən hələlik sürücüsünün kimliyi məlum olmayan "VAZ 2107" markalı avtomobillə toqquşub. Qəza nəticəsində VAZ-ın sərnişini 18 yaşlı Günel Bayramova Gəncə şəhər TTYX-nin Travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxananın həkimi Mehman Hüseynovun verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti normaldır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti