Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İlkin İzzət/
Polis avaralıq və dilənçiliklə məşğul olan 20 nəfəri paytaxtdan rayona göndərib.
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi və Post Patrul Xidməti Bölməsi əməkdaşları paytaxt ərazisində avara və dilənçiliklə məşğul olan 20 nəfəri müəyyən edərək barələrində inzibati qaydada protokol tərtib ediblər. Onlardan 5 nəfəri kişi, 8 nəfəri qadın, 7 nəfəri isə azyaşlıdır.
Daha sonra saxlanılanların qeydiyyada olduqları rayona göndərilməsi təmin edilib.