Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İlkin İzzət/
Bakı sakininə hədə-qorxu gələrək pul tələb edən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakini Ətir Şükürovaya hədə-qorxu gələrək ondan 150 manat pul tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Adil Abbas oğlu Abdullayev tutulub.