...

Örtüyü sobada yandı, tüstüsündən boğulub öldü

Hadisə Materials 23 Fevral 2015 13:20 (UTC +04:00)
Azərbaycanda iki qadın dəm qazından zəhərlənərək ölüb.
Örtüyü sobada yandı, tüstüsündən boğulub öldü

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda iki qadın dəm qazından zəhərlənərək ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 21-də saat 21 radələrində Gəncə şəhərində yaşayan ruhi xəstə Ruhiyyə Tağıyevanın evində yun örtüyü qaz sobasının üstünə düşərək tüstülənmə baş verib. Nəticədə R.Tağıyeva tüstüdən boğularaq ölüb.

Həmin gün dəm qazından zəhərlənmə ilə bağlı daha bir hadisə Bakıda baş verib. Fevralın 21-də Xətai rayonu ərazisində Dürdanə Babazadə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti