...

Dost-tanış üçün 1130 qutuluq siqaret hədiyyəsi...

Hadisə Materials 5 Mart 2015 14:19 (UTC +04:00)
Rusiyadan Azərbaycana aksiz markası olmayan tütün məlumatlarının keçirilməsinin qarşısı alınıb.
Dost-tanış üçün 1130 qutuluq siqaret hədiyyəsi...

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/

Rusiyadan Azərbaycana aksiz markası olmayan tütün məlumatlarının keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Novruz Məhərrəmova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.

DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 2 ədəd çamadanın içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə, həmin çantalarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 1130 qutu xarici markalı siqaret aşkar olunub.

Faktla bağlı izahatında N.Məhərrəmov baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasından aldığını və dost-tanış üçün hədiyyə məqsədilə gətirdiyini qeyri-səmimi şəkildə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti