Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlkin İzzət/
Tərtər rayonu Şıxarx kəndi Daşarx adlanan ərazidə partlamamış hərbi sursat (PHS) aşkar olunub.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tərtər rayon İcra Hakimiyyətinin aidiyyəti üzrə müraciətinə əsasən martın 31-də ANAMA-nın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib.
Aşkar olunan 1 ədəd "OQ-9" tipli idarə olunmayan qəlpə təsirli raketin döyüş başlığı götürülərək, Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib və yerli əhalinin təhlükəsizliyi təmin edilib.