...

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Hadisə Materials 3 Aprel 2015 12:04 (UTC +04:00)
Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İlkin İzzət/

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunda qayıqla dənizə çıxan 2 balıqçı xilasetmə məntəqəsindən 1 km sağa, 1 km dənizin içərisinə doğru hərəkət edərək batmaq təhlükəsi ilə üzləşib.

FHN-in dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Balıqçılar dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil veriliblər.

Əməliyyat saat 08:42-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti