Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İlkin İzzət/
Bakıda ictimai iaşə evində yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 5000 kv.m olan, hazırda sökülməkdə olan, taxta konstruksiyalardan ibarət ictimai iaşə evinin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.
İctimai iaşə evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanan binanın əvvəllər mədəniyyət klubu kimi fəaliyyət göstərdiyi bildirilir.