...

Yük avtomobili idarəetməni itirdi, 11 min manat ziyan vurdu (FOTO,VİDEO)

Hadisə Materials 14 Aprel 2015 17:14 (UTC +04:00)
"Iveco" markalı yük avtomobili idarəetməni itirərək yolun hərəkət hissəsini ayıran əyrixətli maneəyə çırpılıb.
Yük avtomobili idarəetməni itirdi, 11 min manat ziyan vurdu (FOTO,VİDEO)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İlkin İzzət/

Bu gün səhər saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 16-cı kilometrliyində paytaxt istiqamətində hərəkət edən "Iveco" markalı yük avtomobili idarəetməni itirərək yolun hərəkət hissəsini ayıran əyrixətli maneəyə çırpılıb.

"Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, qəza nəticəsində 120 poqon metr əyrixətli tir və bir ədəd işıq dirəyi yararsız hala düşüb. Bunun nəticəsində yol təsərrüfatına 11 min manat məbləğində zyan dəyib.

Məlumata görə, qəza zamanı yolun hərəkət hissəsinə də yağ axıb. "Azəryolservis" ASC tərəfindən həmin hissəyə qum tökülərək nəqliyyatın hərəkəti təmin edilib. Bundan başqa, beynəlxalq əhəmiyyətli yolda bərpa işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti