...

Tovuzda arxdan mərmi qalıqları çıxıb (FOTO)

Hadisə Materials 17 Aprel 2015 18:00 (UTC +04:00)
Kəndlilər bildirir ki, ərazidən keçən arx öz başlanğıcını Ermənistandan başlayan çaylardan götürdüyündən bu mərmilərin onlar tərəfindən qəsdən axıdılması da mümükündür.
Tovuzda arxdan mərmi qalıqları çıxıb (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Tovuzda həyətdən axan arxdan mərmi qalıqları aşkarlanıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Tovuzun Bozalqanlı kəndi ərazisindən keçən arxda su kəsildikdən sonra sakinlərin qarşısına müxtəlif növdə mərmi qalıqları çıxıb.

Kəndlilər bildirir ki, ərazidən keçən arx öz başlanğıcını Ermənistandan başlayan çaylardan götürdüyündən bu mərmilərin onlar tərəfindən qəsdən axıdılması da mümükündür.

Kənddəki yaşayış evlərinin yaxınlığından keçən su arxından sahələrin suvarılmasında və məişətdə istifadə edildiyindən böyük təhlükə yaranacağı qaçılmazdır. Kəndlilər, həmçinin ərazidə azyaşlı uşaqların olmasını nəzarə alıb aidiyyəti qurumları məlumatlandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti