Azərbaycan, Bakı, 19 aprel /Trend/
Qaradağ rayonunda 2 nəfər balıqçı dənizin nəzarət olunmayan hissəsində sahildən 200 m aralıda suda batma təhlükəsi ilə üzləşib. Bu barədə Trend FHN-nin saytına istinadən məlumat verib.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən balıqçılardan biri xilas edilib, digər balıqçının axtarışı davam etdirilir.