Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir Rufiz Hafizoğlu/
Ankarada naməlum silahlı şəxs poçt şöbəsinin əməkdaşını girov götürüb.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, silahlı şəxs, həmçinin poçt şöbəsinin digər əməkdaşını yaralayıb. Hazırda polis bölmələri hadisə yerinə gəliblər.
Hücum edən şəxs poçt şöbəsinin keçmiş işçisi və Türkiyə vətəndaşıdır. Cinayətkar polisə təslim olub.
Fakt üzrə cinayət işi qaldırılıb.