Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlkin İzzət/
Sumqayıt şəhərində dənizdən meyit tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 10 km aralı, nəzarətsiz ərazidə) batmış 1984-cü il təvəllüdlü Ağamalıyev Vasif Akif oğlunun axtarışları başa çatıb.
V.Ağamalıyevin cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 07:35-də başa çatıb.