...

Azərbaycana qaçaq yolla mobil telefonların keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 3 İyun 2015 11:00 (UTC +04:00)
Gürcüstandan Azərbaycana qaçaq yolla müxtəlif markalı mobil telefonların keçirilməsinin qarşısı alınıb.
Azərbaycana qaçaq yolla mobil telefonların keçirilməsinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlkin İzzət/

Gürcüstandan Azərbaycana qaçaq yolla müxtəlif markalı mobil telefonların keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Bakı şəhər sakini Süleymanov Emin Məmmədağa oğlunun idarə etdiyi "Mercedes Benz E240" markalı 99DM819 dövlət nömrə nişanlı minik avtomobilinə "Smiths Heimann HCVG" yük yoxlama-baxış sistemi ilə gömrük nəzarəti həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 127 ədəd müxtəlif markalı mobil telefonlar, eləcə də külli miqdarda mobil telefonlar üçün aksessuarlar aşkar edilərək saxlanılıb.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti