...

Dalğıc-xilasedicilər iki nəfərin həyatını xilas ediblər

Hadisə Materials 10 İyul 2015 17:41 (UTC +04:00)
Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib.
Dalğıc-xilasedicilər iki nəfərin həyatını xilas ediblər

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər dənizdə, xilasetmə məntəqəsinin ərazisində çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 16:32-də başa çatıb.

Analoji hadisə Bakının Xəzər rayonunda da qeydə alınıb. Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə, xilasetmə məntəqəsinin ərazisində çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Əməliyyat saat 15:35-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti