Azərbaycan, Bakı, 17 iyul /Trend/
Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 500 m sola, nəzarətsiz ərazidə) çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaş nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib. Əməliyyat saat 14:38-də başa çatıb.