...

Zabratda döyülən qadın hamilə imiş

Hadisə Materials 27 İyul 2015 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu Bakının Zabrat qəsəbəsində döyülmə faktı ilə bağlı daha bir məlumat yayıblar.

Trend-ə daxil olan birgə məlumatda qeyd olunur ki, Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə kifayət qədər əsaslar olduğundan cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsinə tövsif edilib.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən R.Mehtiyev tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti