...

Azərbaycanda 6 nəfərin həyatı xilas olunub

Hadisə Materials 2 Avqust 2015 00:31 (UTC +04:00)
Ötən gün ərzində Azərbaycanda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas edilib.
Azərbaycanda 6 nəfərin həyatı xilas olunub

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Ötən gün ərzində Azərbaycanda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas edilib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Sabunçu rayonunda dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər, Səbail rayonunda ("Şıx-2" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər, Abşeron rayonunda ("Fatmayi" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər, Sabunçu rayonunda ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər, Xaçmaz rayonunda dənizdə 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas olunub.

Xəbər lenti

Xəbər lenti