Azərbaycan, Bakı, 4 avqust /Trend/
Bakıda dənizdə batmış gəncin cəsədi tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 650 metr sağda nəzarətsiz ərazidə) 1997-ci təvəllüdlü Əliyev Mübariz Məlikağa oğlunun suda batması haqqında məlumat daxil olub.
M.Əliyevin cəsədi "Pirşağı" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Dənizdə batmış gəncin cəsədi tapılıb
Bakıda dənizdə batmış gəncin cəsədi tapılıb.
