Azərbaycan, Bakı, 6 avqust /Trend/
Abşeronda dənizdə batmış gəncin cəsədi tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3000 metr aralı nəzarətsiz ərazidə) 1985-ci il təvəllüdlü Mikayılov Bəhruz Fərhad oğlunun suda batması haqqında məlumat daxil olub.
B.Mikayılovun cəsədi "Novxanı" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.