Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İlkin İzzət/
Bakının Zabrat qəsəbəsində yerləşən maşınqayırma zavodunda fəhlənin üstünə su çəni aşıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 17-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən maşınqayırma zavodunda fəhlə işləyən Mingəçevir şəhər sakini Vasif Zülfüqarovun üstünə su çəni aşıb. Nəticədə xəsarət alan V. Zülfüqarov xəstəxanaya yerləşdirilib.