Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir Elmir Murad/
Şirvanda mənzildə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 59 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanaraq sıradan çıxıb. Yanğınsöndürənlərin sayıqlığı sayəsində yaxınlıqdakı mənzilləri yanğından mühafizə etmək mümkün olub. Yanğın saat 09:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının baş vermə səbəblri araşdırılır.