Azərbaycan, Bakı, 23 avqust /Trend/
Bakı mənzillərinin birində sakinlər civə təhlükəsi ilə üzləşiblər.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Nizami rayonununda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.
Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir.
Əməliyyat saat 10:30-da başa çatmışdır.