...

Bakıda avtobus yandı

Hadisə Materials 29 Avqust 2015 17:08 (UTC +04:00)
Bakının Sabunçu rayonunda sərnişin avtobusu yanıb.
Bakıda avtobus yandı

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Bakının Sabunçu rayonunda sərnişin avtobusu yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda "TRANS-QEYT" MMC-yə məxsus sərnişin avtobusunun yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti