...

Ağcabədidə VAZ-lar toqquşdu, ölən var

Hadisə Materials 2 Sentyabr 2015 15:22 (UTC +04:00)
Ağcabədi şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Ağcabədidə VAZ-lar toqquşdu, ölən var

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/

Ağcabədi şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 2-də saat 01 radələrində Ağcabədi şəhərində rayon sakinləri Rahib Əhmədovun və Rövşən Rüstəmovun idarə etdikləri VAZ markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş R.Rüstəmov orada ölüb.

Faktla bağlı Ağcabədi rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti