...

Rusiya "Dinamo"sunun futbolçusu qəza törədib, 2 nəfər ölüb

Hadisə Materials 13 Sentyabr 2015 02:48 (UTC +04:00)
Rusiyanın Sankt-Peterburq "Dinamo"sunun futbolçusu Aleksandr İlyin sərxoş vəziyyətdə yol qəzası törədib
Rusiya "Dinamo"sunun futbolçusu qəza törədib, 2 nəfər ölüb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Rusiyanın Sankt-Peterburq "Dinamo"sunun futbolçusu Aleksandr İlyin sərxoş vəziyyətdə yol qəzası törədib.

Trend-in məlumatına görə, şənbə günü səhər baş verən hadisə nəticəsində beş maşın toqquşub, iki nəfər həyatını itirib, bir nəfər ağır yaralanıb.

Qəza futbolçunun yolun hərəkət zolağının qarşı tərəfinə çıxması nəticəsində qeydə alınıb.

Müqavilə ilə Moskva "Dinamo"suna məxsus olan 22 yaşlı futbolçu saxlanılıb, ona qarşı cinayət işi qaldırılıb. O hazırda müvəqqəti saxlanma təcridxanasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti