...

Bakıda 48 yaşlı kişinin yaşadığı mənzildə meyiti tapılıb

Hadisə Materials 17 Sentyabr 2015 17:11 (UTC +04:00)
Bakıda 48 yaşlı kişinin yaşadığı mənzildə meyiti tapılıb.
Bakıda 48 yaşlı kişinin yaşadığı mənzildə meyiti tapılıb

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda 48 yaşlı kişinin yaşadığı mənzildə meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açıb, 1967-ci il təvəllüdlü Salahov Orxan Mehman oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti