...

Yevlaxda ağır yol qəzası: üç nəfər ölüb, bir nəfər yaralanıb

Hadisə Materials 21 Sentyabr 2015 13:45 (UTC +04:00)
Yevlax rayonunda baş verən yol qəzasında üç nəfər ölüb, bir nəfər yaralanıb.
Yevlaxda ağır yol qəzası: üç nəfər ölüb, bir nəfər yaralanıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İlkin İzzət/

Yevlax rayonunda baş verən yol qəzasında üç nəfər ölüb, bir nəfər yaralanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 20-də saat 19 radələrində Yevlax rayonunun Qarxun kəndində Şəmkir rayon sakini Rasim Həsənovun idarə etdiyi "KamAZ" və Salyan rayon sakini Elnur Babayevin idarə etdiyi "BYD" markalı avtomobillər toqquşub.

Nəticədə E.Babayevin sərnişinləri - qardaşı Coşqun, həmyerliləri Ramin Babayev və onun oğlu Şamil hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti