...

Gəncədə yataqxanada yanğın baş verib

Hadisə Materials 6 Oktyabr 2015 04:00 (UTC +04:00)
Gəncə şəhərində yataqxanada yanğın hadisəsəi baş verib.
Gəncədə yataqxanada yanğın baş verib

Azərbaycan, bakı, 6 oktyabr /Trend/

Gəncə şəhərində yataqxanada yanğın hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Şəmkir şoşesinin 100 metriliyində Peşə Liseyinin yataqxanasında baş verib. Yanğın nəticəsində beşmərtəbəli inzibati binanın 5-ci mərtəbəsində dəhlizin döşəməsi 12 kv.m sahədə yanıb.

Yanğınsöndürənlərin alova müdaxiləsi nəticəsində təhlükə aradan qaldırılıb. Xatıladaq ki, yataqxanada müvəqqəti məskunlaşan məcburi köçkünlər bir neçə aydır ki, ərazidən köçürüldüyündən hazırda binada heç kim yaşamır. Yanğının baş vermə səbələri araşdırlır.

Qeyd edək ki, adıçəkilən yataqxananın dam örtüyü bir müddət əvvəl yanaraq yarasız hala düşmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti