Azərbaycan, Bakı, 10 oktyabr /Trend/
Britaniyanın "Easy Jet" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsi ekipaj komandirinin huşunu itirməsi səbəbindən Venesiyadakı Marko Polo aeroportuna məcburi eniş edib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Londonun Qatvik aeroportundan qalxan təyyarəni Marko Polo hava limanına ikinci pilot endirib. Təyyarədə olan 164 sərnişinin heç biri xəsarət almayıb. Huşunu itirən ekipaj komandiri xəstəxanaya yerləşdirilib.