...

Sumqayıtda avtomobil oğrusu tutuldu

Hadisə Materials 12 Oktyabr 2015 13:20 (UTC +04:00)
Sumqayıtda avtomobil qaçıran şəxs tutulub.
Sumqayıtda avtomobil oğrusu tutuldu

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Elmir Murad/

Sumqayıtda avtomobil qaçıran şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində Xaçmaz rayon sakini Pərviz Şamilova məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb.

Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış şəhər sakini Vüqar Mirzəyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti