...

FHN Xaçmazda baş vermiş avtomobil qəzası ilə bağlı məlumat yaydı

Hadisə Materials 26 Oktyabr 2015 09:43 (UTC +04:00)
Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.
FHN Xaçmazda baş vermiş avtomobil qəzası ilə bağlı məlumat yaydı

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmir Murad/

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirlyindən (FHN) Trend-ə verilən məlumata görə, Qudyalçay çayının, Xaçmaz rayonu ərazisindən keçən hissəsində "VAZ" markalı minik avtomobili "QAZ" markalı yük maşınına çırpılıb.

FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalaraq xəsarət alan sürücü və 2 nəfər sərnişini avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Əməliyyat saat 02:40-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti