...

Qızıl-zinət əşyalarını oğurlayanlar saxlanılıb

Hadisə Materials 26 Oktyabr 2015 11:26 (UTC +04:00)
Bakıda evdən qızıl-zinət əşyaları oğurlayan şəxslər yaxalanıb.
Qızıl-zinət əşyalarını oğurlayanlar saxlanılıb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda evdən qızıl-zinət əşyaları oğurlayan şəxslər yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə daxil olan məlumata görə, oktyabrın 22-də Buzovna qəsəbəsi H.İsgəndərov küçəsində yaşayan 1968-ci il təvəllüdlü İlqar Həsənovun evindən, pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1994-cü il təvəllüdlü Eldar Allahverdiyev və 1996-cı il təvəllüdlü Şamil Nəsibov tutulub.

Onlar Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti