Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmir Murad/
Bakıda iki nəfərdə narkotik maddələr aşkarlanıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Şəki şəhər sakinləri - 1990-cı il təvəllüdlü Əli Zeynalovdan və əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü Əmir Dəmirovdan 1 kiloqramdan artıq marixuana götürülüb.
Narkotik maddələr Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.