Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elmir Murad/
Bakıda dələduzluqla məşğul olan qadın saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, saxlanılan şəxs Bakı şəhər sakini Tamilla Salamovadır.
O, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Məlum olub ki, T.Salamova iyunun 3-də Təranə Babayevanın dələduzluq yolu ilə 4200 manatını alıb.