Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Elmir Murad/
Bakıda iki avtomobili qarət edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, saxlanılan Bakı şəhər sakinləri Anar Məcidov və Natiq Kərimov, Nail Salamzadəyə məxsus "Ford" və Turac Lətifovaya məxsus "Hyundai" markalı avtomobillərdən pul, qızıl və məişət əşyaları oğurlayıb.
Hər iki şəxsi Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalamaq mümkün olub.