Goranboyda azyaşlı su arxında boğulub

Hadisə Xəbər 3 Noyabr 2015 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elmir Murad/

Goranboy rayonunda azyaşlı uşaq su arxında boğulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Sarovlu kəndində yaşayan azyaşlı Nurcahan Rzayeva evlərinin yaxınlığından keçən su arxına düşərək boğulub.

Onun meyidi sudan çıxarılıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti