...

"Yol terroru" daha iki can aldı

Hadisə Materials 17 Noyabr 2015 14:51 (UTC +04:00)
Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Yol terroru" daha iki can aldı

Bakı. Elmir Murad - Trend:

Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini Mahir Mehrəliyev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Kəmalə Alıyevanı vurub. Yol qəzası nəticəsində piyada hadisə yerində ölüb. Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər bir yol nəqliyyat hadisəsi isə Sumqayıtda baş verib.

Sumqayıt şəhərində Bakı şəhər sakini Bayram Bayramovun idarə etdiyi "HOWO" və Zaqatala rayon sakini İlqar Tinayevin idarə etdiyi "Shacman" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, habelə İ.Tinayevin sərnişini xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq İ.Tinayevin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti