...

Bir gündə 3 nəfər dəm qazından boğulub öldü

Hadisə Materials 6 Yanvar 2016 13:00 (UTC +04:00)
Azərbaycanda bir gündə 3 nəfər dəm qazından boğulub.
Bir gündə 3 nəfər dəm qazından boğulub öldü

Bak. Samir Məmmədov - Trend:

Azərbaycanda bir gündə 3 nəfər dəm qazından boğulub. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisələr yanvarın 5-də baş verib.

Paytaxtın Nizami rayonunda yaşayan Nərgiz Aydınova, Xətai rayonunda yaşayan Çingiz Bədəlov və Xaçmaz şəhərində yaşayan Tamilə Təhməzova mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Baş vermiş hadisələrlə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti