Bakı. Trend:
Goranboy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 24 kv.m sahədə yanmışdır.
Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Yanğın saat 16:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.